Tramp: "Sülh Şurası"na 50-dən çox ölkə daxil olacaq
22 Yanvar 15:54
22 Yanvar 15:54
22 Yanvar 13:24
22 Yanvar 13:19
22 Yanvar 12:44
17 İyul 2025 15:38
2 695
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Gəncə və Qarabağ Regional Dövlət Yanğın Nəzarəti idarələrində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı tədbirlər keçirib.
FHN-in mətbuat xidmətindən xalqcəbhəsi.az-a verilən məlumata görə, tədbirlərdə çıxış edən natiqlər bildiriblər ki, Azərbaycan dövləti Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlayıb, öz ideallarına həmişə sadiq qalıb və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edib.
1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə müstəqil Azərbaycanın ilk milli Konstitusiyası hazırlanaraq ümumxalq səsverməsi ilə qəbul olunub. Bu il Konstitusiyamızın qəbul edilməsinin 30 ili tamam olur. Dövlətimizin başçısının Sərəncamı bu baxımdan da əlamətdardır.
Çıxışlarda, həmçinin ölkəmizin suverenliyinin bərpasının xalqımızın çoxəsrlik dövlətçilik tarixinə qızıl hərflərlə yazıldığı qeyd olunub. Vurğulanıb ki, möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə cəmi 23 saat davam edən və 2024-cü il sentyabrın 20-də başa çatan antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa olunub.
22 Yanvar 17:44
1 162
22 Yanvar 14:35
1 113
22 Yanvar 13:47
1 113

