

30 İyul 16:34
30 İyul 15:48
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Bu il Lənkəran şəhərində peşə təhsili mərkəzi istifadəyə veriləcək.
Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir qeyd edib ki, ümumi göstəricilərə əsasən, ölkədə illik təxminən 150 min nəfər orta təhsil səviyyəsini başa vurur: “Bu məzunların yalnız təxminən 60 minə yaxını ali məktəbə qəbul olunur. Peşə təhsili alanların sayı isə hazırda 30 min nəfər ətrafındadır. Halbuki orta təhsil səviyyəsində olan 100 mindən artıq şəxs potensial olaraq peşə təhsili almaq imkanı əldə edə bilər. Bu baxımdan, peşə təhsilinin inkişafı həm məşğulluq, həm də iqtisadiyyatın real sektorları üçün vacib resursdur”.
Nazir həmçinin bildirib ki, Ağdam şəhərində peşə təhsil mərkəzlərinin yaradılması istiqamətində layihələndirmə işlərinə artıq start verilib. O qeyd edib ki, bu təşəbbüs işğaldan azad olunmuş ərazilərə qayıdan vətəndaşların müvafiq peşə bacarıqları ilə təmin olunmasına və onların məşğulluğunun dəstəklənməsinə xidmət edəcək.