Antiterror əməliyyatının 2-ci ildönümünə həsr olunan tədbir keçirilib - FOTO Cəmiyyət

Antiterror əməliyyatının 2-ci ildönümünə həsr olunan tədbir keçirilib - FOTO

Nizami Kino Mərkəzində “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “Türk dünyasının şəhid ailələri arasında əlaqələrin inkişafı” layihəsi çərçivəsində 2023-cü ildə Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatlarının ikinci ildönümünə həsr olunan “Haqqın Zəfəri” adlı tədbir keçirilib.

APA xəbər verir ki, tədbir Şəhriyar adına Mədəniyyət Mərkəzinin “Bənövşə” uşaq xorunun ifasında Azərbaycan Respublikasının Dövlət Himninin və Türkiyə Respublikasının “İstiqlal Marşı”nın səsləndirilməsi, Türk dünyası şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova çıxış edərək layihənin həm şəhid ailələrinin birliyinin, həm də Türk dünyasının mənəvi həmrəyliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb, layihə barədə ətraflı danışıb.

Tədbirdə layihə çərçivəsində ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin Şəhid Yaxınları və Qazilər Baş İdarəsinin təmsilçiləri və şəhid ailələri üzvlərindən ibarət olan nümayəndə heyəti, Azərbaycandan olan şəhid ailələri, dövlət və ictimaiyyət nümayəndələri, həmçinin KİV təmsilçiləri iştirak ediblər.

Türkiyə Respublikası Ailə və Sosial Xidmətlər Nazirliyi nəzdində Şəhid Yaxınları və Qazilər Baş İdarəsinin sədr müavini Halit Çağdaş çıxışında səmimi dəvət və qonaqpərvərliyə görə minnətdarlığını bildirib və Azərbaycandan olan şəhid ailələri ilə birgə əməkdaşlığın önəmini vurğulayaraq gələcəkdə bu istiqamətdə birgə layihələrin davam etdiriləcəyini qeyd edib.

Daha sonra çıxış edən Vətən müharibəsi şəhidi Famil Həsənov və Antiterror əməliyyatları şəhidi Şamil Həsənovun anası Aybəniz Həsənova, Antiterror əməliyyatları şəhidi, polkovnik-leytenant Əkrəm Şadmanovun həyat yoldaşı Gülşən Rəhimova və Türkiyə Silahlı Qüvvələri şəhidi Eril Alperen Emirin anası Halide Serap Emir qəhrəman şəhidlərimizin fədakarlığının xalqımız üçün qürur mənbəyi olduğunu, onların əziz xatirəsinin heç vaxt unudulmayacağını və Azərbaycanla Türkiyə arasında qardaşlıq bağlarının bu qəhrəmanlıq nümunələri ilə daha da möhkəmləndiyini qeyd ediblər.

Tədbir Azərbaycan Respublikasının Xalq Artisti Fidan Hacıyeva, Əməkdar artistlər Ramil Qasımov, Nicat Kazımov və Qoçaq Əsgərov, həmçinin Şəhriyar adına Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Bənövşə” Uşaq Xoru, Beynəlxalq Muğam Mərkəzinin tabeliyində fəaliyyət göstərən Cahangir Cahangirov adına Xor və şəhid övladlarından ibarət “Qəhrəman övladları” xor qrupunun ifalarından ibarət bədii hissə ilə davam edib.

Qeyd edək ki, layihə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin icra etdiyi “Türk dünyasının şəhid ailələri arasında əlaqələrin inkişafı” layihəsi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə böyük qrant müsabiqəsinin qalibidir.

Antiterror əməliyyatının 2-ci ildönümünə həsr olunan tədbir keçirilib - FOTO Antiterror əməliyyatının 2-ci ildönümünə həsr olunan tədbir keçirilib - FOTO Antiterror əməliyyatının 2-ci ildönümünə həsr olunan tədbir keçirilib - FOTO Antiterror əməliyyatının 2-ci ildönümünə həsr olunan tədbir keçirilib - FOTO Antiterror əməliyyatının 2-ci ildönümünə həsr olunan tədbir keçirilib - FOTO Antiterror əməliyyatının 2-ci ildönümünə həsr olunan tədbir keçirilib - FOTO Antiterror əməliyyatının 2-ci ildönümünə həsr olunan tədbir keçirilib - FOTO Antiterror əməliyyatının 2-ci ildönümünə həsr olunan tədbir keçirilib - FOTO