

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
IDEA İctimai Birliyi Xaçmazda qanunsuz saxlanılan heyvanları xilas edib.
Bu barədə Xalqcebhesi.az-a IDEA-dan məlumat verilib.
Bildirilib ki, İctimai Birliyinin rəsmi sosial media hesabına ünvanlanan vətəndaş müraciətinə əsaslanaraq, İctimai Birliyin təşəbbüsü, Daxili İşlər Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının birgə iştirakı ilə Xaçmaz rayonunda fəaliyyət göstərən iaşə obyektlərindən birində təcili araşdırma tədbirləri həyata keçirilib.
Araşdırma nəticəsində rayonun Müşkür kəndi ərazisində yerləşən “Çənlibel” restoranında qanunsuz olaraq bir sıra fauna növlərinin saxlanılması faktı aşkarlanıb.
Bakı Zooloji Parkının baytar mütəxəssisləri tərəfindən ərazidən adı Azərbaycan Respublikasının “Qırmızı kitab”ına salınmış 1 adi flaminqo (qızılqaz), 2 harayçı qu quşu və 3 şinşilla götürülüb. Xilas edilən heyvanların ilkin müayinəsi zamanı təbii miqrasiya prosesinə mane olmaq məqsədilə flaminqo və harayçı qu quşlarının qanadlarının uclarının kəsildiyi faktı aşkarlanıb.
Hazırda heyvanların klinik şəraitdə müayinə və reabilitasiyası davam etdirilir.
IDEA İctimai Birliyi vətəndaşları bir daha təbiəti qorumağa çağırır və vəhşi heyvanların qanunsuz olaraq saxlanması hallarına yol verilməməsini, bu kimi hallarla rastlaşdıqda isə IDEA İctimai Birliyinin 1113 “Təbiətə Təcili Yardım” qaynar xəttinə və ya rəsmi sosial media kanallarına məlumat vermələrini xahiş edir.