İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
5 Sentyabr 2025 20:02
3 248
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 2025-ci ildə ali məktəblərə qəbul olunmuş şəhid övladları ilə görüşüb.
APA xəbər verir ki, görüşdə Vətən Müharibəsi qəhrəmanı, şəhid Sübhan Cəbrayılovun övladı – Cəbrayılov Rahim, 3-cü dərəcəli “Vətənə Xidmətə Görə” ordeni ilə təltif olunmuş şəhid Ağayev Ramilin övladı – Ağazadə Zəhra, həmçinin 3-cü dərəcəli “Rəşadət” ordenli şəhid Zakirov Elvinin övladı – Zakirova Yağmur iştirak edib.
Zakir Fərəcov şəhid övladlarını təbrik edib, gələcək təhsillərində müvəffəqiyyətlər arzulayıb.
Zakir Fərəcov bildirib ki, dövlət başçısının tapşırıq və göstərişlərinə uyğun olaraq, şəhid ailələrinə, qazilərə və onların övladlarına xüsusi diqqət göstərilir.
Sumqayıtda şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılması, onların gənc nəslinin cəmiyyətə faydalı vətəndaş kimi formalaşması üçün gələcəkdə də bütün zəruri dəstək göstəriləcək.
Şəhid övladları göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və şəhər rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Sonda hədiyyələr təqdim olunub və xatirə şəkili çəkilib.
25 Mart 16:20
1 008
25 Mart 16:19
1 183
25 Mart 14:05
1 344



