İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
7 Sentyabr 2025 19:30
2 751
2025-ci ilin ikinci Ay tutulması baş verir.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Xalqcebhesi.az-a verilən məlumata görə, bu, bəzən “Qanlı Ay” da adlandırılan tam Ay tutulmasıdır.
Ay tutulmasının vaxt cədvəli
Yarımkölgəli Ay tutulması saat 19:28:21-də, qismən tutulma saat 20:27:02-də, tam tutulma saat 21:30:41-də başlayacaq. Tutulmanın maksimumu saat 22:11:47-də baş verəcək.
Tam tutulma saat 22:52:47-də, qismən tutulma saat 23:56:26-da, yarımkölgəli Ay tutulması saat 00:55:00-da sona çatacaq.Tam tutulma 82 dəqiqə davam edəcək.
Ay tutulmasını Azərbaycanda da görmək mümkün olacaq
2025 -ci ilin ikinci tam Ay tutulması Avropa, Afrika, Asiya və Avstraliyada görünəcək. Azərbaycan ərazisində axşam saatlarından başlayaraq gecə yarısına kimi tam Ay tutulmasını müşahidə etmək mümkün olacaq. Ölkə vətəndaşları Qanlı Ay tutulmasını canlı izləyə bilərlər.
25 Mart 16:20
1 036
25 Mart 16:19
1 197
25 Mart 14:05
1 393