İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
9 Oktyabr 2025 09:45
1 757
Bu gün səhər saatlarında Bakı metrosunda qatarların hərəkətində yubanmalar müşahidə olunub.
“Bakı Metropoliteni” QSC-dən “APA-Economics”ə verilən açıqlamada bildirilib ki, gecikmənin səbəbi vaqonlardan birinin qapısına kənar müdaxilə edilməsi olub.
Məlumata görə, metronun “Elmlər Akademiyası” stansiyasında vaqonlardan birinin qapısına kənar müdaxilə olduğundan maşinist baxış keçirib. Heç bir problem aşkarlanmasa da, təkrar yoxlamadan sonra, təlimat tələblərinə uyğun olaraq, maşinist qapıların sərnişinsiz hərəkət zamanı yoxlanması barədə qərar verib. Mənzil boyunca qatarın qapıları normal vəziyyətdə çalışdığında, “Nizami” stansiyasından sərnişinlə yoluna davam edib. Hazırda qatar xətdə çalışır.
Bunun nəticəsində xətdə cüzi yubanmalar yaranıb. Metropolitenin Yaşıl və Qırmızı xətləri kəsişərək birləşdiyindən bu, təsirlər hər iki xətt üzrə qatarların hərəkət nizamına təsir edib. Lakin qısa müddət ərzində aradan qaldırılıb.
Qeyd edilib ki, sentyanbrın 15-dən intervalların azaldılması ilə bağlı tətbiq edilmiş yeniliklə əlaqədar pik saatlarda xətlərdə daha çox qatarın hərəkətdə olması yaranan nasazlıqlar zamanı təhlükəsizlik baxımından xüsusi tənzimləmələrin tətbiq olunmasını tələb edir. Bu da bəzi hallarda qatarların stansiya, tunel və platformalarda gözlədilməsi zərurətini yaradır.
Qurum sərnişinlərdən xahiş edir ki, qatarların hərəkətini yubadacaq hallara yol verilməsin.
25 Mart 16:20
1 036
25 Mart 16:19
1 197
25 Mart 14:05
1 393