Keniyalı senator: İnsanların itkin düşməsinin qarşısının alınması üçün konkret çərçivə yoxdur Cəmiyyət

Keniyalı senator: İnsanların itkin düşməsinin qarşısının alınması üçün konkret çərçivə yoxdur

"2006-cı ildə bütün şəxslərin zorla yoxaçıxmadan qorunması haqqında BMT-nin qəbul etdiyi konvensiya beynəlxalq ictimaiyyət tərəfindən ratifikasiya olunmalıdır".

Bunu Keniya Parlamentinin senatoru, professor Tom Odhiambo Ojienda “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışında deyib.

“Afrika qitəsində insan hüquqları xartiyası var. Amma burada insanların yaşamaq və müdafiə olunmaq hüququndan danışılır. İnsanların itkin düşməsinin qarşısının alınması üçün konkret çərçivə yoxdur. Düşünürəm ki, 2006-cı ildə BMT tərəfindən itkin düşmüş şəxslərlə bağlı qəbul olunmuş konvensiyanı bütün ölkələr ratifikasiya etməlidir. Beynəlxalq ictimaiyyət itkin düşmüş şəxslərin talelərinin araşdırılması ilə bağlı konkret qanunlara malik olmalı və qarşılıqlı əməkdaşlıq razılaşmaları əldə etməlidir ki, bu şəxslərin axtarıb-tapılması mümkün olsun”, – Keniya parlamentinin senatoru vurğulayıb.