Pakistan nümayəndəsi: Kütləvi məzarlığa baxanda kədərimi ifadə edə bilmirəm Cəmiyyət

Pakistan nümayəndəsi: Kütləvi məzarlığa baxanda kədərimi ifadə edə bilmirəm

“İkinci dəfədir ki, Azərbaycanda işğaldan azad edilən ərazilərdə belə dəhşətli və ürəkyandıran kütləvi məzarlıq görürəm. Keçən dəfə eyni qəbrin içində 30-40 meyit qalıqları olduğunu müşahidə etmişdik. Hissimi, kədərimi ifadə edə bilmirəm. Günahsız insanların öldürülməsi beynəlxalq ictimaiyyətə bu cinayəti törədən ölkələrlə necə davranılmalı olduğunu göstərməlidir”.

APA xəbər verir ki, bunu Ağdərədə aşkarlanan kütləvi məzarlıqda olan Pakistan Ali məhkəməsinin nümayəndəsi Hombat Süheyl Sacid deyib.

O bildirib ki, bu kimi faktları törədənlərə beynəlxalaq təzyiq olmalıdır: "Bu qeyri-insani davranışlara görə onlar boykota məruz qalmalıdır. Biz dünyaya çatdıracağıq ki, Ermənistan öz qonşusu ilə necə rəftar edib və mülki insanlarla necə davranıblar. Qoy bilsinlər ki, bu cür ölkələrlə necə davranmaq lazımdır”.