İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
20 Oktyabr 2025 14:47
2 296
Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Qusar rayonunda yerləşən “Şahdağ” Turizm Mərkəzində 2025-ci ilin hazırlıq planına uyğun olaraq təlim keçirilib.
Nazirlik xəbər verir ki, təlimdə FHN-in Şimal Regional Mərkəzinin xilasediciləri və “Şahdağ” Turizm Mərkəzinin xilasetmə dəstələri iştirak edib.
Təlimin keçirilməsində məqsəd kanat xəttində baş verə biləcək hadisələr zamanı qəza-xilasetmə və digər xilasetmə işlərinin aparılmasına cəlb olunan əməkdaşların nəzəri və praktiki biliklərinin artırılması, fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili, mürəkkəb relyefli ərazilərdən zərərçəkmişlərin təxliyəsi üzrə şəxsi heyətin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsindən ibarət olub.
Uğurla icra olunan təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
25 Mart 16:20
1 036
25 Mart 16:19
1 197
25 Mart 14:05
1 393








