Ədliyyə Akademiyasında ixtisasartırma təlimləri keçirilir Cəmiyyət

Ədliyyə Akademiyasında ixtisasartırma təlimləri keçirilir

Ədliyyə Akademiyasında dövlət qurumlarının əməkdaşlarının peşə hazırlığının artırılması məqsədilə təşkil edilən ixtisasartırma təlimlərinin açılış mərasimi keçirilib.

Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən verilən xəbərə görə, tədbirdə Ədliyyə Akademiyasının rektoru Şahin Əliyev çıxış edərək təlimlərin məqsəd və əhəmiyyətindən bəhs edib və iştirakçılara uğurlar arzulayıb. O, qeyd edib ki, dövlət qulluqçularının bilik və bacarıqlarının artırılması, müasir yanaşmaların tətbiqi və peşəkar inkişafın təmin edilməsi ölkəmizdə idarəetmənin səmərəliliyinin yüksəldilməsində mühüm rol oynayır.

Daha sonra Akademiyanın Tədris şöbəsinin rəisi Zeynab Qənbərova təlimlərin keçirilməsinin hüquqi əsasları, proqramın məzmunu və təşkilati məsələlər barədə ətraflı məlumat verib, həmçinin Mülki hüquq və mülki proses kafedrasının müəllimi, hüquq elmləri doktoru, professor Mayis Əliyev və Qanunvericilik baş idarəsinin əməkdaşı Fidan Nuri mühazirələrlə çıxış ediblər.

Təlim proqramı çərçivəsində iştirakçılar “Normayaratma fəaliyyəti”, “İnzibati icraat haqqında qanunvericilik”, “Əmək qanunvericiliyinin praktiki məsələləri”, “Hüquqi yazı” və “Müqavilə hüququ” mövzularında mühazirələr dinləyəcəklər. Təlimlərin sonunda iştirakçıların təklif olunduğu qurumlara təlimlərin nəticələrinə dair Ədliyyə Akademiyası tərəfindən yekun hesabatlar təqdim ediləcək.

Qeyd edək ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının 21 iyul 2000-ci il tarixli Qanunun tələblərindən irəli gələrək Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, Məhkəmə-Hüquq Şurası və İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) aparatlarında, habelə 2-ci və 5-ci kateqoriya dövlət orqanlarında ali hüquq təhsili tələb edən vəzifələrdə qulluq keçən dövlət qulluqçuları mütəmadi olaraq Ədliyyə Nazirliyinin tədris-elm müəssisəsində – Ədliyyə Akademiyasında peşə hazırlığına və ixtisasartırma təlimlərinə cəlb edilirlər.

Ədliyyə Akademiyasında ixtisasartırma təlimləri keçirilirƏdliyyə Akademiyasında ixtisasartırma təlimləri keçirilirƏdliyyə Akademiyasında ixtisasartırma təlimləri keçirilirƏdliyyə Akademiyasında ixtisasartırma təlimləri keçirilir