Böyük Qayıdışın növbəti ünvanı: Bəylik kəndi Cəmiyyət

Böyük Qayıdışın növbəti ünvanı: Bəylik kəndi

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Bəylikdən hazırlanmış videoçarx hazırlayıb.

Bu barədə Dövlət Komitəsindən məlumat verilib.

"Otuz üç illik həsrətdən sonra kənd sakinləri geri qayıdırlar, bu qədim yurdda həyat yenidən canlanır. Bəyliyə qayıdış beş il əvvəl qazanılan tarixi Qələbənin növbəti qürurdoğuran nəticələri sırasındadır.

Prezident İlham Əliyevin təsdiq etdiyi Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində Bəylik kəndi müasir tərzdə yenidən inşa olunub. Buradakı şərait sakinlərin rahat yaşayışını təmin edir, onlarda gələcəyə ümid və inam yaradır. Gecə işıqları altında parlayan Bəylik kəndi, gündüz günəşi ilə işıqlanan yamacları ilə doğma ocaqların istiliyini, insanın torpağa bağlılığını əks etdirir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Bəylikdən hazırlanmış videoçarxı təqdim edir", - məlumatda qeyd olunub.