Son dörd ildə təhsil krediti üçün 83 mindən çox müraciət olub Cəmiyyət

Son dörd ildə təhsil krediti üçün 83 mindən çox müraciət olub

Təhsil Tələbə Krediti Fondunun fəaliyyətə başladığı gündən (2021-ci il) bu günə qədər quruma 83 min 672 müraciət daxil olub.

Həmin müddətdə qeydə alınan müraciətlərdən 67 min 566 müraciət rəsmiləşdirilib.

Rəsmiləşən müraciətlərdən 23 min 467-si sosial, 44 min 99-u isə standart təhsil krediti olub.