İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
4 Noyabr 2025 10:19
1 841
Mürsəl İbrahimov Mingəçevirdə vətəndaşları qəbul edəcək.
Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) məlumat verilib.
Bildirilib ki, Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2025-ci ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 14 noyabr 2025-ci il tarixdə saat 10:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının inzibati binasında Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab, Kürdəmir şəhər və rayonlarında qeydiyyatda olan vətəndaşları qəbul edəcək.
Qəbula yazılmaq istəyən vətəndaşların 11 noyabr 2025-ci il tarixədək SHXÇDX-nın adları qeyd olunan rayon struktur bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına ([email protected]) müraciət edərək qeydiyyatdan keçmələri və qəbula gələrkən şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirmələri zəruridir.
25 Mart 16:20
1 036
25 Mart 16:19
1 197
25 Mart 14:05
1 393