12:20
560
Səhiyyə xərclərinə ayrılan büdcə vəsaitləri ildən-ilə artır.
APA xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında səhiyyə naziri Teymur Musayev deyib.
Nazir bildirib ki, 2026-cı ildə 5 dövlət proqramı üzrə səhiyyə nazirliyinə 91,1 milyon manat vəsait ayrılması nəzərdə tutulur: “Bu vəsait cari illə müqayisədə 22,1 % çoxdur. 2023-2027-ci illər üzrə Uşaqlar arasında yoluxucu xəstəliklərin imunoprofilaktikasına dair tədbirlər Planına əsasən, ayrılması nəzərdə tutulan vəsait 2024-cü ilin icrası ilə müqayisədə 44,4 %, 2025-ci illə müqayisədə 21,1 % çoxdur. ÜST-ün tövsiyələrinə əsasən, uşaqların 90% üzərində peyvəndlə əhatə olunması hər bir ölkənin əsas səhiyyə göstəricisi sayılır. 2026-cı ilin sonunda uşaqların 95 %-nin peyvəndlərlə əhatə olunacağı təsbit olunub. Bu göstəricilərə nail olunması uşaqlar arasında ölüm hallarının qarşısının alınması məqsədilə sözügedən tədbirə vəsaitin artırılması mühüm əhəmiyyət kəsb edir. 2025-ci ildə olduğu kimi 2026-cı ildə də sümük iliyi transplantasiyasına ehtiyacı olan vətəndaşların ölkə sərhədlərindən kənarda müalicəsi üçün də büdcədən vəsait ayrılması nəzərdə tutulur”.