İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
7 Noyabr 2025 13:06
1 974
Bayram günlərində ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, noyabrın 8-9-10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi arabir şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 10-14, gündüz 17-20 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında noyabrın 8-9-10-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağıntılı və arabir duman olacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 8-13, gündüz 19-24, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti təşkil edəcək.
25 Mart 16:20
1 036
25 Mart 16:19
1 197
25 Mart 14:05
1 393