Böyük Britaniya Kiprdə bazanı qorumaq üçün esmines göndərəcək
Tehran bombardmanlar nəticəsində evini itirənləri otellərdə yerləşdirir
İİKK: İran Bəhreyndə ABŞ-ın Şeyx İsa hərbi bazasına raket zərbələri endirib
ABŞ və İsrailin Fars vilayətinə endirdiyi zərbələr nəticəsində həlak olanların sayı 59-a çatıb
13 Noyabr 2025 15:24
2 100
Payız-qış mövsümünün başlanması ilə əlaqədar ölkə ərazisində kəskin respirator virus infeksiyalarının, habelə qripin yayılmasının qarşısının alınması məqsədilə ənənəvi profilaktik və əksepidemik tədbirlər həyata keçirilir.
TƏBİB-dən verilən məlumata görə, 8 oktyabrdan 13 noyabradək TƏBİB-in tabeliyində olan tibb müəssisələrində ümumilikdə 21 186 nəfər qrip əleyhinə peyvənd olunub. Onlardan 0-17 yaş aralığı 2 700 nəfər, 18-59 yaş aralığı 14 807 nəfər, 60 yaş və yuxarı isə 3 679 nəfərdir.
Qeyd edilib ki, Səhiyyə Nazirliyi tərəfindən ölkəyə gətirilən yüksək keyfiyyətli qrip əleyhinə peyvəndlər Fransa istehsalı olan “Sanofi Pasteur” şirkətinə məxsusdur. Qrip əleyhinə peyvənd olunmaq istəyən vətəndaşlar regionlar üzrə rayon mərkəzi xəstəxanalarına, Bakı şəhəri üzrə isə ambulator-poliklinik xidmət göstərən ilkin səhiyyə müəssisələrinə müraciət edə bilər.
Peyvəndlənmə könüllülük prinsipi əsasında aparılır.
15:05
406
14:32
714
13:22
770