Türkiyə MMN Azərbaycanı Milli Dirçəliş Günü münasibətilə təbrik edib
Emin Əmrullayev: Saat hesabı maaş sistemindən uzaqlaşmalıyıq
İndoneziyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 15-ə çatıb
Azərbaycanlı investorlara Əbu-Dabi Birjasında qarşılıqlı ticarət imkanı yaradılıb
Almaniya İsrailə silah satışına qoyulan məhdudiyyətləri aradan qaldıracaq
11:50
609
"Birinci illə müqayisədə STEAM layihəsinə cəlb edilən məktəblilərin sayı 50 dəfədən çox olub".
APA xəbər verir ki, bunu Beynəlxalq STEAM Azərbaycan Festivalının açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev bildirib.
O bildirib ki, SAF festivalının 5 yaşı qeyd edilir: “İnanırıq ki 5 il ərzində "Azərbaycan SAF" 100 minlərlə insanın həyatını yaxşı istiqamətdə dəyişib. SAF 500 mindən çox məktəblini əhatə edir və tədricən hər il genişlənməkdədir. İnanıram ki, gələn il SAF layihə kimi qalmayacaq, Azərbaycan təhsilinin bir hissəsinə çevriləcək. SAF-ın növbəti ildən ayrı bir fənn kimi tədris edilməsini planlaşdırırıq. Həmçinin bu layihə gələn il Qarabağ Universitetində də təşkil ediləcək”.