İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
26 Noyabr 2025 13:43
1 869
“Dekabrın ilk 10 günündə havanın isti keçməsi gözlənilir”.
Bunu APA-ya açıqlamasında Coğrafiya İnstitutunun İqlim və Aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi Rafiq İsmayılov deyib.
“Bu sinoptik hava şəraitindən və onun gedişatından asılıdır. Sinoptik hava şəraiti və hava sirkulyasiyası şimaldan hava kütlələrinin üstünlüyü ilə müşahidə olunarsa, onda növbəti ayda hava şəraiti qeyri-sabit keçəcək”, - o vurğulayıb.
Rafiq İsmayılov bildirib ki, şimaldan gələn hava kütlələrinin Azərbaycana daxil olması nəticəsində rütubət artacaq, intensiv və bol yağıntılar olacaq: “İntensiv yağıntılar nəticəsində dağlıq və dağətəyi rayonlarda sulu qar və qarın yağması gözləniləndir. Həmçinin intensiv yağıntılar çaylarda daşqınlara, bol sululuğa səbəb olacaq. İntensiv yağıntılar bəzi çaylarda daşqınlara və torpaq sürüşmələrinə səbəb ola bilər. Əgər cənubdan gələn hava kütlələri üstünlük təşkil edərsə, növbəti ayda da hava, bu günlərdə olduğu kimi, mülayim və nisbətən sabit keçəcək”.
25 Mart 16:20
1 036
25 Mart 16:19
1 197
25 Mart 14:05
1 393