Nazir: Azərbaycan dilinin tədrisi ilə bugünkü məzmun arasında ciddi problemlər var Cəmiyyət

Nazir: Azərbaycan dilinin tədrisi ilə bugünkü məzmun arasında ciddi problemlər var

"Bu gün təhsildə Azərbaycan dili ilə bağlı əsas üç məqam - məzmun, müəllim və qiymətləndirmə əsasdır".

Bunu elm və təhsil naziri Emin Əmrullayev “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” adlı konfransda çıxışı zamanı bildirib.

“Bizim yanaşmamız odan ibarətdir ki, dil ilə bağlı ayrı-ayrı tədqiqatlara əsaslanan müzakirələrə önəm verək. Bu istiqamətdə ənənəvi Azərbaycan dili tədrisi ilə bugünkü müasir məzmun arasında ciddi fərqlər və problemlər var. Burada Azərbaycan dilinin tədrisi zamanı dinləmə, danışmma, oxu-yazı qaydalarının düzgün tədrisindən danışırıq. Müxtəlif maraqları təmsil edən insanlar tərəfindən 6-7 yaşlı uşağın üzərinə dil ilə bağlı ağır öhdəliklər qoyuruq. Bunun üçün düzgün mütəxəssislərə və metodikaya ehtiyac var. Azərbaycandilli məktəblərimizlə yanaşı tədrisi digər dillərdə olan məktəblərdə də Azərbaycan dilinin yaxşı mənimsənilməsi prioritetdir. Bunun üçün çıxış yolu Azərbaycan dili fənlərinin saatlarının artırılmasıdır. Həmçinin Azərbaycan tarixi fənninin də tədrisinə xüsusi önəm verilir”, - nazir bildirib.