18:11
637
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələri üzrə icbari tibbi sığorta ödənişləri və dotasiya məbləği üzrə xərclər azaldılıb.
Bununla əlaqədar Prezident İlham Əliyevin imzaladığı Fərmanla İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsinə dəyişiklik edilib.
Dəyişikliyə əsasən, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələri üzrə icbari tibbi sığorta ödənişləri və dotasiya məbləği üzrə xərclər 1milyard 720 milyon 956 min 292 manatdan 1 milyard 642 milyon 956 min 292 manata endirilib.
Tibb müəssisələrində kadr potensialının gücləndirilməsi ilə bağlı xərclər 6 milyon manatdan 3 milyon manata, işğaldan azad olunmuş ərazilərdə mobil hospitalların saxlanılma xərcləri 2 milyon 500 min manatdan 1 milyon manata endirilib.