İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
7 Yanvar 15:20
2 212
“Nestle” şirkəti tərəfindən körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş bəzi qida məhsulları ilə bağlı ehtiyat tədbiri xarakterli geriçağırma qərarı qəbul edilib.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, Avstriya, Danimarka, Finlandiya, Almaniya, İrlandiya, İtaliya, İsveçrə və Birləşmiş Krallıq ərazilərində “SMA”, “BEBA”, “ALFAMINO”, “Pre NAN” və bir neçə digər ticarət nişanı altında istehsal olunan məhsulların müəyyən partiyaları dövriyyədən geri çağrılıb. Buna səbəb istehsal prosesi zamanı məhsulların “Bacillus cereus” bakteriyası mənşəli “Sereulid” toksini ilə çirklənmə ehtimalıdır.
Qeyd olunub ki, dünya ölkələri üzrə hazırkı məlumatlara əsasən, ümumilikdə geri çağrılmış 123 məhsul partiyası Azərbaycan Respublikasının ərazisinə idxal edilməyib. Ehtiyat tədbiri olaraq “Nestle” şirkəti tərəfindən istehsal edilən və hazırda ölkə ərazisində satışda olan digər məhsul partiyalarından nümunələr götürülərək həmin göstərici üzrə müayinələrə cəlb edilib. Nəticələr barədə ictimaiyyətə məlumat veriləcək.
25 Mart 16:20
1 015
25 Mart 16:19
1 190
25 Mart 14:05
1 351