İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
7 Yanvar 16:31
2 324
Sabunçu rayonu, Maştağa qəsəbəsi H.Heybətov küçəsi 1 ünvanında fiziki şəxs Rəcəbli Xəyal Fikrət oğluna məxsus “Xəyal” bazarı və bazarətrafı qida obyektlərində nəzarət tədbirləri həyata keçirilib.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, yoxlama zamanı bazarda ət və ət məhsullarının baytarlıq-sanitariya ekspertizasından keçirilmədən, temperatur rejiminə əməl olunmadan, açıq və antisanitar şəraitdə satışa çıxarıldığı məlum olub. Eləcə də qanunsuz heyvan kəsimi məntəqəsinin fəaliyyət göstərdiyi müəyyən edilib.
Nöqsanlarla bağlı icrası məcburi göstərişlər verilib, inzibati xəta haqqında protokol tərtib olunub.
Qanunsuz kəsim məntəqəsinin fəaliyyəti dayandırılıb, məhsullarla bağlı məhdudlaşdırıcı tədbirlər tətbiq edilib. Nümunələr laborator müayinələrə göndərilib.
25 Mart 16:20
1 036
25 Mart 16:19
1 197
25 Mart 14:05
1 393