İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
9 Yanvar 15:12
2 562
“Müasir Azərbaycan Dili və Nitq Mədəniyyəti” adlı şöbənin yaradılması barədə qərar qəbul edilib.
Bunu AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasında Prezidentin dövlət dili ilə bağlı müəyyən etdiyi və ardıcıl şəkildə həyata keçirdiyi strategiyanın əməli fəaliyyətə çevrilməsi məqsədilə bir sıra mühüm tədbirlər görülüb:
“Bu istiqamətdə atılan addımlar dil siyasətinin elmi əsaslar üzərində daha da möhkəmləndirilməsinə xidmət edir. Artıq akademiyada uzun illər fəaliyyət göstərən, dilçilik sahəsində mühüm rol oynayan Müasir Azərbaycan Dili şöbəsinin bazasında daxili imkanlar hesabına yeni bir strukturun — “Müasir Azərbaycan Dili və Nitq Mədəniyyəti” adlı şöbənin yaradılması barədə qərar qəbul edilib. Bu şöbə Azərbaycan dilinin norma və qaydalarının öyrənilməsi, nitq mədəniyyətinin inkişafı və dilin düzgün istifadəsinin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır”.
25 Mart 16:20
1 015
25 Mart 16:19
1 190
25 Mart 14:05
1 351