İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
12 Yanvar 10:28
1 617
Yanvarın 16-da Baş prokuror Şirvanda vətəndaşları qəbul edəcək.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Baş prokuror Kamran Əliyev yanvarın 16-da, saat 10:00-da Şirvan şəhər prokurorluğunun inzibati binasında Şirvan şəhər, Hacıqabul, Salyan, Neftçala və Biləsuvar rayon sakinlərinin qəbulunu keçirəcək.
Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Şirvan şəhərinə gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin *(012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli telefonları, [email protected]* elektron poçt ünvanı, həmçinin *prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X)* vasitəsilə də qəbula yazıla bilərlər.
25 Mart 16:20
1 036
25 Mart 16:19
1 197
25 Mart 14:05
1 393