Şərurda ötən ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib Cəmiyyət

Şərurda ötən ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib

Yanvarın 13-də “2025-ci ildə Şərur rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş hesabat tədbiri keçirilib.

APA xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 13-cü ərazi sektorunun müdiri Çingiz Əliyev, rayon icra hakimiyyətinin başçısının müavinləri, rayonun idarə və müəssisə, təşkilat rəhbərləri Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edib ,abidə önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsini ehtiramla anıblar.

Şərur Rayon Mədəniyyət Sarayında davam edən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov rayonun 2025-ci ili uğurla başa vurduğunu bildirib.

Sahibkarlığın inkişafı istiqamətində görülən işlər barədə məlumat verən Kamal Cəfərov vurğulayıb ki, “Naxçıvan Muxtar Respublikasının Sosial-İqtisadi İnkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində tətbiq olunan güzəştlər Şərurda özəl sektorun inkişafına təkan verib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli çıxışında Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibəsində səsləndirdiyi fikirləri diqqətə çatdıraraq qeyd edib ki, ölkədə həyata keçirilən dövlət siyasəti insan amilinə əsaslanır və vətəndaşların sosial rifahının yüksəldilməsi strateji məqsəd kimi daim diqqət mərkəzində saxlanılır.

Şərurda ötən ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilibŞərurda ötən ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilibŞərurda ötən ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilibŞərurda ötən ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilibŞərurda ötən ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib