10:48
574
Ötən il ərzində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı 360233 müraciət daxil olub.
Bu barədə APA-nın sorğusuna cavab olaraq, Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
"Müvafiq dövr ərzində ölkə ərazisində müvəqqəti yaşama icazəsinin alınması (müddətinin uzadılması) ilə bağlı 82648, daimi yaşama icazəsinin alınması (müddətinin uzadılması) ilə bağlı 4776 müraciət daxil olub", - Xidmətdən bildirilib.
Həmçinin qeyd edilib ki, Xidmətə 2025-ci il ərzində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı 11512 müraciət daxil olub.
11:11
469
15 Yanvar 17:40
1 162
15 Yanvar 16:11
1 246