ADB: Orta Dəhliz ölkələri uzunmüddətli iqtisadi artım üçün əməkdaşlığı dərinləşdirməlidir
Putin Netanyahudan sonra Pezeşkianla danışıb, regionda gərginliyin azaldılmasını müzakirə edib
Litva səfiri: Bakı və Vilnüsdə yanvar hadisələri göstərdi ki, azadlığın ödənilməli bir qiyməti var
WUF13-ün keçirilməsi ilə bağlı təşkilati məsələləri müəyyən edən Logistika Sazişi imzalanıb
13:22
588
"Azərbaycan Nəşriyyatının doqquzmərtəbəli əsas korpusu müvəqqəti olaraq təmirə bağlanır. Təmir işləri başa çatdıqdan sonra bina yenidən nəşriyyatın istifadəsinə veriləcək. Məsələ yalnız texniki təmirlə bağlıdır, Azərbaycan Nəşriyyatının fəaliyyətinin dayandırılması nəzərdə tutulmur".
Bu barədə APA-nın sorğusuna cavab olaraq “Azərbaycan Nəşriyyatı” MMC-dən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Nəşriyyatının fəaliyyətini harada davam etdirəcəyi ilə bağlı artıq qərar qəbul olunub. Belə ki, nəşriyyat inzibati binaya yaxın ərazidə yerləşən, sahəsi daha kiçik olan başqa bir binaya köçürülüb.
“Bu bina da bizim mülkiyyətimizdir. Təmir müddətində nəşriyyat fəaliyyətini orada davam etdirəcək. Təmirin nə qədər davam edəcəyi ilə bağlı isə hələlik dəqiq bir söz demək mümkün deyil”, – deyə məlumatda qeyd olunub.
Qeyd olunub ki, Azərbaycan Nəşriyyatının binasında yerləşən digər nəşriyyatlara əvvəlcədən məlumat verilib: "Həmin nəşriyyatların harada yerləşdirilməsi isə artıq nəşriyyat rəhbərliyinin səlahiyyətinə aid deyil".