Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə yeni direktor təyin olunub Cəmiyyət

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə yeni direktor təyin olunub

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Nigar Səfxanova Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru vəzifəsinə təyin olunub.

Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Yeni təyin olunmuş direktor kollektivə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Ali və orta ixtisas təhsili müəssisələri ilə iş şöbəsinin müdiri Samir Həmidov tərəfindən təqdim edilib.

Nigar Səfxanova 2018–2022-ci illərdə Göygöl rayon Üçbulaq kənd ümumi orta məktəbində müəllim, 2022–2024-cü illərdə həmin məktəbdə direktor vəzifəsində çalışıb. 2024-cü ildən etibarən son təyinatadək Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində tədris işləri üzrə direktor müavini kimi fəaliyyət göstərib.