Günəşdə güclü alışma baş verib Cəmiyyət

Günəşdə güclü alışma baş verib

Günəşdə X sinifli alışma qeydə alınıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının Telegram kanalı məlumat yayıb.

Alışma saat 02:57-də maksimum həddə çatıb. O, №4366 aktiv bölgəsində formalaşıb. Partlayış anında bu bölgə Günəş–Yer xəttinə nisbətən təxminən 35 dərəcə bucaq altında yerləşib.

Astronomlar vurğulayıblar ki, bu mövqedən Yerə birbaşa təsirlər istisnadır. Yalnız mümkün yan (toxunma) təsirlərin olub-olmayacağı bir neçə saat sonra məlum olacaq.

Qeyd olunur ki, baş verən bu alışma cari Günəş dövründə gücünə görə üçüncü ən güclü hadisədir.

Məryəm Quliyeva