09:50
567![]()
Rusiya, ABŞ və Ukrayna arasında Əbu-Dabidə keçirilməsi planlaşdırılan danışıqların ikinci raundu bir neçə günlüyə təxirə salınıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The New York Times" öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin qeyd etdiyinə görə, qrafikdəki dəyişikliklərin səbəbləri rəsmi şəkildə açıqlanmır. Bununla yanaşı, təxirəsalma Moskva və Vaşinqton nümayəndələri arasında ABŞ-da baş tutan təmaslardan qısa müddət sonra baş verib. Söhbət yanvarın 31-də Mayamidə Rusiya prezidentinin investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev ilə ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff arasında keçirilən görüşdən gedir.
Bu arada, "TASS" agentliyi mənbəyə istinadən xəbər verib ki, Əbu-Dabidə üçtərəfli görüşün təxmini olaraq gələn həftənin ortalarına planlaşdırılması nəzərdə tutulur. Agentliyin həmsöhbəti bildirib ki, danışıqların parametrləri hələ də razılaşdırılır. Söhbət həm nümayəndə heyətlərinin tərkibindən, həm də gündəlikdən gedir. Onun sözlərinə görə, yekun qərarlar hələ qəbul edilməyib.
Məryəm Quliyeva