Müasir Azərbaycanın enerji siyasəti: milli enerji təhlükəsizliyindən qlobal enerji tərəfdaşlığına
Ermənistan Rusiyadan gələn pul köçürmələrinin yarısından çoxunu itirə bilər
Dünya çempionatında iştirak edəcək Azərbaycan güləş millilərinin heyəti bəlli oldu
Ronaldu mükafatlarını əsas gətirərək milli komandadan qadağasının azaldılmasını istədi
1 Fevral 17:34
3 409
NATO-dakı cari vəziyyət 20 illik nikahdan sonra ailədə yaranan böhrana bənzəyir.
Bunu Almaniyanın müdafiə naziri Boris Pistorius RND media qrupuna müsahibəsində bildirib.
Nazir ABŞ-nin NATO ölkələrindən birinə hücum zamanı köməyə gələcəyinə dair əminliyin olub-olmaması barədə sualı cavablandırarkən, Alyans daxilində etimad böhranının olduğunu etiraf edib.
Pistorius vəziyyəti təsvir etmək üçün qeyri-adi müqayisə aparıb: "İcazə verin, bir qədər fərqli müqayisə edim. 20 il nikahda olan insanlar müəyyən məqamda böhran yaşaya bilərlər. Bu, etimad böhranı, yadlaşma və ya həyata baxışda prioritetlərin dəyişməsi ola bilər. Belə olan halda, sadə dillə desək, iki dərin insani, instinktiv impuls yaranır: qaçmaq və ya mübarizə aparmaq".
Bununla belə, nazir NATO daxilində hələ də birliyin mövcud olduğunu və ABŞ-nin Alyansı tərk etmək niyyətində olmadığını vurğulayıb.
"Yeri gəlmişkən, bu müzakirələrdən qazanan yeganə tərəf Putindir", – deyə o əlavə edib.