SVR: Makron administrasiyası Afrikada siyasi revanş planları qurur
Premyer Liqa: “Neftçi” 1030 gündən sonra 4 və ya daha çox top fərqi ilə qələbə qazanıb
Gənclər Kitabxanasında Gənclər Günü münasibətilə silsilə materiallar hazırlanıb
Dövlət Teatr Muzeyində Gənclər Gününə həsr olunmuş tədbir keçirilib
10:49
546
“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə” yeni redaksiyada təsdiq olunub.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Bu Qərar qüvvəyə mindiyi tarixədək baş vermiş və (və ya) bu tarixdən sonra davam edən sosial sığorta hadisəsinə görə məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi həmin tarixə qüvvədə olan normalara uyğun həyata keçiriləcək.
Bu Qərar qüvvəyə mindiyi tarixədək təyin edilmiş və ödənişi davam edən məcburi dövlət sosial sığortası üzrə ödəmələrin (3 yaşınadək uşağa qulluğa görə müavinət istisna olmaqla) ödənişinin bu Qərarın qüvvəyə minməsi ilə əlaqədar dayandırılmasına və yenidən hesablanmasına yol verilmir.