4 Fevral 10:21
1 848
Nərimanov rayonu, X.Ulutürk küçəsi ilə M.Nərimanov küçələrinin kəsişməsində qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar 04.02.2026-cı il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
"Azəriqaz"dan "APA-Economics"ə verilən məlumata görə, təmir-quraşdırma işləri görülən müddətdə Nərimanov rayonunun X.Ulutürk və M.Nərimanov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.