Ötən il Ədliyyə Nazirliyinə daxil olan 91 mindən çox müraciətə baxılıb Cəmiyyət

Ötən il Ədliyyə Nazirliyinə daxil olan 91 mindən çox müraciətə baxılıb

2025-ci il ərzində Ədliyyə Nazirliyinin Aparatında vətəndaşlar tərəfindən ünvanlanmış 91.197 müraciətə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılıb.

Nazirlikdən verilən məlumata görə, müraciətlərin 37.133-ü poçt, 39.241-i elektron formada daxil olub.

“881” Çağrı Mərkəzi, eləcə də Nazirliyin sosial şəbəkə hesabları vasitəsilə daxil olmuş 14.823 müraciət isə qanunvericiliyə uyğun olaraq qeydiyyata alınaraq baxılıb.

Eyni zamanda, ötən il ərzində Çağrı Mərkəzinə daxil olan 109.828 zəngdən 101.139-u operativ şəkildə cavablandırılıb, vətəndaşlara müvafiq izah və məsləhətlər verilib, həmçinin araşdırma tələb edən 14.360 müraciət Nazirliyin aidiyyəti struktur qurumları tərəfindən baxılaraq cavablandırılıb. İtirilmiş 8.689 zənglə isə “geriyə zəng” xidməti vasitəsilə əks əlaqə yaradılıb.

Hesabat dövründə vətəndaşların qəbulu da diqqət mərkəzində saxlanılıb. Belə ki, ümumilikdə 20.632 vətəndaş qəbul edilib.

Ötən il ərzində Nazirliyin rəhbərliyi tərəfindən 3.498, digər vəzifəli şəxslər tərəfindən isə 17.134 vətəndaşın qəbulu həyata keçirilib. Onlardan 481 nəfərin qəbulu ötən ilin iyun ayından etibarən təşkil edilən videoqəbullar vasitəsilə baş tutub.