15:58
658
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşlığı çərçivəsində Xidmətin Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəsində sosial-psixoloji kabinet fəaliyyətə başlayıb.
Bu barədə DSMF-dən məlumat verilib.
Bildirilib ki, kabinetin məqsədi yeniyetmə məhkumların psixoloji vəziyyətinin qiymətləndirilməsi, onların sosial adaptasiya bacarıqlarının inkişaf etdirilməsi, cəmiyyətə reinteqrasiyasına dəstək göstərilməsi və həyat planlamasında düzgün istiqamətləndirilməsidir.
Artıq müəssisədə cəza çəkən bir qrup məhkumla görüş keçirilib, ilkin sosial-psixoloji qiymətləndirmə aparılıb və fərdi iş planlarının hazırlanmasına başlanılıb.
Əməkdaşlıq çərçivəsində daha əvvəl 16 saylı cəzaçəkmə müəssisəsində də sosial-psixoloji kabinet yaradılıb. Sosial Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən ötən dövrdə bu kabinetlər vasitəsilə 130-a yaxın şəxslə qiymətləndirmə aparılıb.

