Naxçıvana yağan qarın hündürlüyü 1 metrdən çox olub Cəmiyyət

Naxçıvana yağan qarın hündürlüyü 1 metrdən çox olub

Naxçıvanın bəzi ərazilərində qarlı hava şəraiti müşahidə olunub.

Fevralın 28-nə olan məlumata əsasən muxtar respublikanın bir sıra ərazilərində qar örtüyü qeydə alınıb.

Qar örtüyünün hündürlüyü Şahbuz rayonunda 4 sm, Kəngərli rayonunda 1 sm, Şərur rayonunun Axura kəndində 3 sm, Şahbuz rayonunun Kükü kəndində 68 sm, Biçənək kəndində 33 sm, Culfa rayonunun Göydərə kəndində 1 sm, Parağaçay Qar Uçqunu Stansiyasında isə 34 sm təşkil edir. Parağaçay Qar Uçqunu Stansiyasının 3000 metr yüksəklikdə yerləşən ərazisində isə faktiki qar örtüyünün hündürlüyü 114 sm qeydə alınıb.

Hazırda qar yağışı müşahidə olunmur.

Naxçıvana yağan qarın hündürlüyü 1 metrdən çox olubNaxçıvana yağan qarın hündürlüyü 1 metrdən çox olubNaxçıvana yağan qarın hündürlüyü 1 metrdən çox olub