İran İsrailə güclü cavab zərbəsi endirəcəyini bildirib Dünya

İran İsrailə güclü cavab zərbəsi endirəcəyini bildirib

İran İsrailə güclü və dağıdıcı cavab zərbəsi endirməyə hazırlaşır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb.

ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıblar. Zərbələr İranın ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumun səbəbini İslam Respublikasının nüvə silahı əldə etməsinin qarşısını almaq zərurəti ilə izah edib.

İran və İsrail öz hava məkanlarını bağlayıb, regionda uçuşlar dayandırılıb.

Məryəm Quliyeva