İsrail Səhiyyə Nazirliyi ən yüksək hazırlıq səviyyəsini elan edib Gündəm

İsrail Səhiyyə Nazirliyi ən yüksək hazırlıq səviyyəsini elan edib

İsrailin səhiyyə sistemi maksimum hazırlıq rejiminə keçirilib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə yəhudi dövlətinin Səhiyyə Nazirliyi məlumat verib.

Bildirilib ki, nazirlik nəzdində səhər saatlarından etibarən operativ qərargah fəaliyyətə başlayıb. Ölkə üzrə klinikalarda bütün təxirəsalınmaz olmayan prosedurlar və ambulator qəbul ləğv edilir. Xəstəxana personalına qorunan (sığınacaq tipli) yerlərə keçmək tapşırılıb.

Bu qərarlar İran tərəfindən mümkün hücum gözləntiləri fonunda qəbul edilib. Belə ki, İsrail hakimiyyəti İran İslam Respublikasına qarşı “preventiv zərbə” endirdiyini elan edib.

Məryəm Quliyeva