14:05
1 036
Türkiyənin ən böyük hava yolu şirkəti Turkish Airlines regiondakı vəziyyətlə əlaqədar Yaxın Şərq ölkələrinə uçuşları ləğv edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətinin rəhbəri Yahya Üstün bildirib.
“Bəzi Yaxın Şərq ölkələrinin hava məkanının bağlanması ilə əlaqədar olaraq, Livan, Suriya, İraq, İran və İordaniya reyslərimiz 2 mart 2026-cı il tarixinədək ləğv edilib. Şirkətimizin Qatar, Küveyt, Bəhreyn, BƏƏ və Oman reysləri isə 28 fevral 2026-cı il tarixinədək dayandırılıb”, – deyə Üstün X sosial şəbəkəsində yazıb.
O bildirib ki, “hava məkanı vəziyyəti real vaxt rejimində izlənilir və əlavə reys ləğvləri mümkündür.
Məryəm Quliyeva