Tramp əmin edib ki, İran heç vaxt nüvə silahı əldə etməyəcək Dünya

Tramp əmin edib ki, İran heç vaxt nüvə silahı əldə etməyəcək

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Amerikanın İrana qarşı əməliyyatının məqsədi onun nüvə silahı əldə etməsinin qarşısını almaqdır.

Xalqcebhesi.az xəbər verir ki, bu sözləri Tramp özünün "Truth Social" səhifəsində yayımlanan video müraciətində səsləndirib.

O bildirib: “ABŞ-ın, xüsusilə də mənim administrasiyamın məqsədi bu terrorçu rejimin nüvə silahı əldə etməsinin qarşısını almaq olub. Yenidən deyirəm: onlar heç vaxt nüvə silahına malik olmayacaqlar.”

Məryəm Quliyeva