AZAL: Naxçıvanla nəqliyyat əlaqəsinin təmin edilməsi üçün alternativ reyslər təşkil olunub Cəmiyyət

AZAL: Naxçıvanla nəqliyyat əlaqəsinin təmin edilməsi üçün alternativ reyslər təşkil olunub

Son hadisələrlə əlaqədar olaraq, Bakı-Naxçıvan-Bakı marşrutu üzrə 5 mart 2026-cı il tarixinə planlaşdırılan bütün reyslər ləğv olunub.

Bu barədə "Azərbaycan Hava Yolları" (AZAL) QSC-dən bildirilib.

Azərbaycan vətəndaşları üçün Bakıdan Naxçıvana nəqliyyat əlaqəsinin təmin edilməsi məqsədilə Bakıdan Türkiyənin İğdır şəhərinə və əks istiqamətdə aviareyslər təyin edilib. Sərnişinlərin İğdır aeroportundan Naxçıvana və əks istiqamətə daşınması üçün xüsusi avtobuslar təşkil olunub. Avtobus reysləri Naxçıvan avtovağzalı vasitəsilə həyata keçiriləcəkdir.

5 mart 2026-cı il tarixinə Bakı-İğdır-Bakı marşrutu üzrə planlaşdırılmış uçuş cədvəli bütün saatlar yerli vaxtla qeyd edilib:

Sərnişinlərdən uçuşdan ən azı bir saat yarım əvvəldən aeroporta gəlmələri və üzərlərində xarici pasport və ya yeni nəsil şəxsiyyət vəsiqələrinin olması xahiş olunur.

AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və reyslərin təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirləri görür. Sərnişinlər uçuş cədvəlindəki dəyişikliklər barədə operativ şəkildə məlumatlandırılacaqlar.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyib, 4 nəfər xəsarət alıb.