Pezeşkian: Regionda sülh üçün vasitəçilik başlayıb
6 Mart 16:06
6 Mart 16:06
6 Mart 12:36
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç İlham Əliyevə məktub ünvanlayıb
Bakıda terror aktı hazırlayan mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib
Medianın İnkişafı Agentliyi ölkəmizlə bağlı informasiya təxribatlarına qarşı xəbərdarlıq edib
Prezident İlham Əliyevlə Aleksandar Vuçiç arasında telefon danışığı olub
6 Mart 16:28
1 113
"Hörmətli valideynlər, son vaxtlar bəzi özəl təhsil şirkətlərinin sosial media hesablarında “Kenquru” Beynəlxalq Riyaziyyat Müsabiqəsinə hazırlıq məqsədilə sınaq imtahanlarının keçirilməsi haqqında elanlara rast gəlinir. Təəssüf ki, bir çox valideyn bu sınaq imtahanlarını rəsmi imtahan kimi qəbul edib".
Bu barədə Təhsil İnstitutunun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, “Kenquru” Beynəlxalq Riyaziyyat Müsabiqəsinin rəsmi tərəfdaşı olan Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) olimpiada ilə bağlı heç bir sınaq imtahanı keçirmir.
"Özəl qurumların təklif etdiyi “Kenquru” sınaq imtahanlarının ARTİ ilə əlaqəsi yoxdur. “Kenquru” Beynəlxalq Riyaziyyat Müsabiqəsinin əvvəlki illərdə təqdim edilmiş sualları ilə kenquru-2026.az saytında tanış ola bilərsiniz. Heç bir ödəniş etmədən uşaqların ümumi hazırlığını rəsmi saytdakı suallarla yoxlaya bilərsiniz. Qeyd edək ki, bu beynəlxalq müsabiqə rəsmi olaraq hər il martın 20-dən sonra keçirilir. Azərbaycanda bu tarixlərin Novruz bayramına təsadüf etməsi səbəbindən müsabiqə aprel ayında təşkil edilir", - məlumatda qeyd olunub.
6 Mart 18:44
987
6 Mart 17:43
1 197
6 Mart 16:59
1 085