Şağan qəsəbəsinin qaz təchizatı dayandırılacaq Cəmiyyət

Şağan qəsəbəsinin qaz təchizatı dayandırılacaq

Sabah Xəzər rayonunda aparılacaq təmir-quraşdırılma işləri ilə əlaqədar Şağan qəsəbəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bu barədə "Azəriqaz"a istinadən xəbər verir.

"Xəzər rayonunda aparılacaq təmir-quraşdırılma işləri ilə əlaqədar 02.04.2026-ci il saat 10:00-dan etibarən Şağan qəsəbəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq", - məlumatda qeyd olunur.