16:34
1 673
Xəbər verdiyimiz kimi, Ermənistan baş naziri Nikol Paşinyan aprelin 1-də Moskvaya gedir. Onun bu səfəri artıq region və beynəlxalq dairələrdə ciddi şəkildə müzakirə olunmağa başlayıb. Bu da səbəbsiz deyil.
Belə ki, 7 iyunda Ermənistanda keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca proses qızışır və artıq baş nazir postuna namizədlərin bəziləri məlumdur. Bunlar erməniəsilli rusiyalı iş adamı Samvel Karapetyan və sabiq prezident Robert Köçəryan, eləcə də Nikol Paşinyandır.
Məlumdur ki, Köçəryan və Karapetyan birbaşa Rusiyanın namizədləri kimi daha çox siyasi çevrələrdə qəbul olunurlar. Belə bir durumda namizədliyini irəli sürdükdən iki gün sonra Kreml lideri Vladimir Putinlə görüşə can atan Nikol onun dəstəyini almaq niyyətindədir.
Bəs bu səfər niyə məhz indi reallaşır?
ƏHD partiyasının baş katibi, politoloq Niyaməddin Orduxanlı Musavat.com-a açıqlamasında erməni baş nazirin gələcək təhlükələri indidən gördüyünü bildirib:
“Paşinyan görüşlər keçirir, hazırlıq işləri aparır. Hər gün sosial şəbəkələrdə Paşinyanın metroda, avtobusda və ən müxtəlif kütləvi yerlərdə görüşlər keçirdiyinin şahidi oluruq. Bütün bunlar parlament seçkilərinə hesablanmış addımlardır. Paşinyanın budəfəki rəqibi də Rusiyayönümlü qüvvələrdir. Köçəryan və Karapetyan birbaşa Rusiyanın adamları ri kimi tanınırlar. Hətta bəzi məlumatlar da var ki, seçki prosesi rəsmən elan olunduqdan qısa müddət sonra qüvvələrdən biri Köçəryanı Karapetyanın xeyrinə geri çəkə bilər. Paşinyan başa düşür ki, Ermənistanda Rusiyanın təsir imkanları böyükdür və bu səbəbdən də aprelin 1-də Moskvaya gedir. O, Putinin razılığını almaq istəyir. Niyə də Paşinyan Putinin razılığını almasın?!”
Xocalı soyqırımını Ermənistan təkbaşına törətməyib”-Niyaməddin Orduxanlı
Onun sözlərinə görə, Paşinyan hakimiyyətə gələndən sonra Ermənistanla Rusiya arasında ticari əlaqələrin dövriyyəsi 12 dəfə artmışdı:
“Çünki Sorosun əli ilə hakimiyyətə gələn Paşinyan vaxtilə Qərbin sanksiyalarına məruz qalmadı. Ancaq Köçəryan hakimiyyətdə olsaydı, təbii ki, Rusiyaya qoyulan sanksiyalar Ermənistana da tətbiq olunacaqdı. Ortada bu cür faklar da var. O ki qaldı, Rusiyanın Ermənistanda kimi dəstəkləməsinə, bunu zamanın öhdəsinə buraxmaq lazımdır”.