Hakan Fidan Aİ-nin yüksəkvəzifəli rəsmilərini qəbul edib - FOTO
Dənizə sevgi, peşəyə sədaqət, şərəfli insan ömrü yaşayan əfsanəvi kapitan
Netanyahu və İsrailin müdafiə naziri Livanın cənubundakı "təhlükəsizlik zonası"na səfər edib
NYT: Oman ABŞ-a Hörmüz boğazından keçid üçün ödənişin tətbiqi təklifini təqdim edib
1 Aprel 10:06
3 423
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İran vətəndaşlarının ölkəyə girişini və tranzit keçidini qadağan etdiyi bildirilir.
Xalqcebhesi.az-ın xəbərinə görə, "Emirates" hava yollarının internet səhifəsində yer alan xəbərdarlıqda qeyd edilib ki, İran pasportu daşıyan sərnişinlərin Körfəz ölkəsinə girişinə və ya ölkə üzərindən tranzit keçididə icazə verilməyəcək.
Dərhal qüvvəyə minən qərarın etibarlı BƏƏ yaşayış vizasına (iqamə) sahib olanlar da daxil olmaqla bütün İran vətəndaşlarını əhatə etdiyi, sözügedən şəxslərin Dubay Beynəlxalq Hava Limanına girişinə və buradan tranzit keçidinə icazə verilməyəcəyi qeyd olunub.
Həmçinin qərara əsasən, hazırda BƏƏ-dən kənarda olan İran vətəndaşlarının da ölkəyə girişinə qadağa qoyulduğu bildirilib. Sözügedən tətbiqin rəsmi qurumlar tərəfindən ediləcək məlumatlandırmalarda da yer alacağı ifadə edilib.
Digər tərəfdən, BƏƏ-nin rəsmi orqanlarından "Emirates" hava yollarının iranlıların ölkəyə girişinə qadağa qoyulması ilə bağlı xəbərdarlığı barədə hələlik rəsmi açıqlama verilməyib.
Məryəm Quliyeva
30 İyun 17:36
1 743
30 İyun 16:28
1 442
30 İyun 16:25
1 505