11:32
924
İran, Qətərin dövlət neft-qaz şirkəti olan "Qatar Energy" tərəfindən icarəyə götürülmüş neft tankerinə Qətərin ərazi sularında qanadlı raketlə hücum edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə əmirliyin Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, çərşənbə günü Qətər İran tərəfindən atılan üç qanadlı raketlə hücuma məruz qalıb. Bəyanatda bildirilir: "Silahlı qüvvələrimiz onlardan ikisini uğurla zərərsizləşdirib, üçüncü raket isə Qətər Dövlətinin ərazi sularında 'Qatar Energy' tərəfindən icarəyə götürülmüş neft tankerinə dəyib".
Nazirlik dəqiqləşdirib ki, gəminin göyərtəsində 21 ekipaj üzvü olub. Aidiyyəti qurumlarla koordinasiyalı şəkildə onların təxliyəsi əməliyyatı həyata keçirilib. Hadisə nəticəsində həlak olan yoxdur.
Məryəm Quliyeva