11:41
651
Milli Məclis məhkəmə aktlarının məcburi icrasında məlumat mübadiləsi üzrə əməkdaşlıq haqqında Sazişi ratifikasiya edəcək.
APA xəbər verir ki, “Məhkəmə aktlarının, digər səlahiyyətli orqanların və vəzifəli şəxslərin aktlarının məcburi icrası həyata keçirilərkən məlumat mübadiləsi üzrə əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsi parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin aprelin 14-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.