Fidan: Hörmüz boğazı diplomatik yollarla açılmalıdır​​​​​​​ Gündəm

Fidan: Hörmüz boğazı diplomatik yollarla açılmalıdır​​​​​​​

Ankara Hörmüz boğazının güc tətbiq etmədən, diplomatiya vasitəsilə açılmasını zəruri hesab edir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bəyanat verib.

Hakan Fidan Anadolu agentliyinə müsahibəsində bildirib:

"Hörmüz boğazının açılması məsələsində mövqeyimiz ondan ibarətdir ki, o, sülh yolu ilə, diplomatiya vasitəsilə açılmalıdır. Bu vəziyyətə beynəlxalq silahlı sülhməramlı qüvvələrin köməyi ilə müdaxilə etmək çox böyük çətinliklərlə bağlıdır."

O əlavə edib ki, boğazın üç-dörd həftə ərzində açılmasında heç bir problem görmür. Fidanın sözlərinə görə, əsas məsələ gəmilərin oradan keçidi ilə bağlı qaydaların necə olacağıdır.

Məryəm Quliyeva