12:02
651
Coy Lens Mikels “Sabah”ın heyətində 70-ci qolunu vurub.
AZƏRTAC xəbər verir ki, almaniyalı hücumçunun yubiley topu Azərbaycan Premyer Liqasının XXVII turuna təsadüf edib. O, “Zirə” ilə ev görüşündə (2:2) fərqlənib.
Mikels bu göstərici ilə “Sabah” tarixinin ən yaxşı bombardiridir. O, 70-ci qolunu 133-cü oyununda vurub. Forvardın orta məhsuldarlığı 0,53-ə bərabərdir.
Coy Lens bu qollardan 56-nı Premyer Liqada vurub. O, Azərbaycan kubokunda 6, Konfrans Liqasında 5, Avropa Liqasında 3 dəfə fərqlənib.
Mikels “Sabah”da ilk qolunu 2021-ci il sentyabrın 26-da “Neftçi” ilə çempionatdakı ev oyununda (1:2) vurub.
“Sabah” komandası isə Premyer Liqada 350-ci qolunu vurub. “Zirə” ilə görüşdə son qolun müəllifi olan İqor Noqeyra klub tarixinin yubiley topuna imza atıb.
“Sabah” 350-ci qola 239-cu matçında sevinib. Bakı klubunun orta məhsuldarlığı 1,46-ya bərabərdir. Bu qollardan 183-ü evdə, 167-si səfərdə qeydə alınıb.
Paytaxt təmsilçisi turnirin tarixində 350 və ya daha çox qol vuran 13-cü komanda olub. “Sabah”ın ilk qolu 2018-ci il avqustun 12-nə təsadüf edib. “Keşlə” (indiki “Şamaxı”) ilə səfər görüşündə Marko Deviç həlledici qola imza atıb – 1:0.
12:00
672
10:47
749
11 Aprel 14:10
1 785